İsrail İranı belə darmadağın etdi : KİMLƏR HƏDƏF ALINDI? - ADLAR/VİDEO
İsrail İrana qarşı hava hücumu təşkil edib.
Yenicag.az xəbər verir ki, İsrailin müdafiə naziri Yisrael Katz, İsrailin İrana qarşı qabaqlayıcı hücum başladığını və İsraildə fövqəladə vəziyyət elan edildiyini bildirib. Hücumdan sonra İranın paytaxtı Tehranda ard-arda şiddətli partlayış səsləri eşidilib.
İran mətbuatı hücumun Tehranın qərb və şimal-şərqində həyata keçirildiyini yayıb. İranın müxtəlif bölgələrində çoxlu sayda hərbi hədəfin vurulduğu, hərbi hədəflərin, komandanların, qərargahların və nüvə obyektlərinin hücuma məruz qaldığı qeyd edilir.
***
İsrail ordusu,“İranın nüvə proqramını hədəf alan” hücum başlatdıqlarını açıqlayıb. İran Baş Qərargah rəisi Məhəmməd Bakırinin də İsrailin təşkil etdiyi hücumlar nəticəsində öldüyü iddia edilib. Ancaq İran tərəfi Bakırinin sağ olduğunu yazıb.
İran mətbuatının verdiyi məlumata görə, İnqilab Keşikçilərinin baş komandanı Hüseyn Səlami, İnqilab Keşikçilərinin yüksək rütbəli komandirlərindən general Rəşid, İran Atom Enerjisi Qurumunun sabiq sədri, elm adamı Feridun Abbasi və məşhur nüvə alimi Məhəmməd Mehdi Tehrançı İsrail tərəfindən təşkil edilən nöqtə hücumları ilə öldürülüb.
İran Atom Enerjisi Qurumunun sabiq sədri, elm adamı Feridun Abbasi və məşhur nüvə alimi Məhəmməd Mehdi Tehrançı
Anadolu Agentliyinin İran dövlət televiziyasına istinadən verdiyi xəbərə görə, İsrailin Tehranda mülki yaşayış yerlərinə hücum etdiyi də bildirilir.