İstirahət gününə olan hava proqnozu

media-hightechnic-468x90

14419600485722233915_1000x669Bakı və Abşeron yarımadasında oktyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 20-23° isti, Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600