İtaliya millisi Norveçlə matça itki ilə çıxacaq
“Arsenal”ın müdafiəçisi Rikkardo Kalafiori zədə səbəbindən İtaliya milli komandasının heyətindən ayrılıb.
Yenicag.az xəbər verir ki, futbolçu bud nahiyəsindəki zədəsi sağalmadığı üçün Moldova ilə oyunu buraxmışdı.
Onun zədəsi hazırda tam bərpa olunmayıb və komandadan ayrılmağa məcbur qalıb.
Beləliklə, 23 yaşlı müdafiəçi Norveçlə baş tutacaq sabahkı matçda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, hazırda İ qrupuna Norveç 21 xalla liderlik edir. İtaliya yığması isə 18 xal ilə ikinci pillədə qərarlaşıb.












