Kimlər ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA

media-hightechnic-468x90

Ünvanlı sosial yardım əsasən aztəminatlı ailələr üçün nəzərdə tutulub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. O, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı proseduru izah edib:

“Ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyacı meyarı 170 manatdır. Əgər ailədə 8 yaşından balaca uşaq varsa, məşğulluq tələbi ana üçün tətbiq olunmur. Çünki övladların böyüdülməsi ilə məşğuldur. Belə olduğu halda ata minimum əməkhaqqı, yəni 250 manat alırsa, o zaman ailənin ümumi ehtiyac meyarından bu məbləğ çıxılır və yerdə qalan məbləğ ünvanlı dövlət sosial yardımı şəklində verilir”.
media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05