KİV: “İsrail yaxın günlərdə İranı vura bilər”
“İsrail hakimiyyəti yaxın günlərdə İranı vura bilər”.
Yenicag.az xəbər verir ki, bu haqda “ABC News” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, onlar Vaşinqtonun mümkün hücumda iştirak edib-etmədiyini bilmirlər. Bununla belə, onlar ABŞ-nin İsrail hakimiyyəti ilə kəşfiyyat məlumatlarını paylaşa biləcəyini istisna etmirlər.
Qeyd edək ki, ABŞ İranla nüvə silahı ilə bağlı danışıqları davam etdirir. ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff bildirib ki, İsrail və ABŞ atəşkəsə nail olmaq, Qəzzada girovları azad etmək və İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün birlikdə çalışmalıdır./Qafqazinfo/