Kiyevə raket zərbələri endirilir - Yaşayış binasında güclü yanğın başladı

media-hightechnic-468x90

Cümə günü səhər saat 4:22 radələrində (Bakı vaxtı ilə saat 6:22-də – red.) Kiyevin müxtəlif rayonlarında bir neçə partlayış səsi eşidilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, partlayış səsləri paytaxtın Peçerski və Qoloseyevski rayonlarında, Poznyakidə eşidilib.

“Elə indicə Kiyevə qanadlı və ya ballistik raketlərlə hücumlar davam edir. İki güclü partlayış eşitdim”, – daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz “Telegram” kanalında yazıb

Kiyevdə raket qalıqları yaşayış binasına düşüb. İlkin məlumata görə, biri ağır olmaqla 3 nəfər yaralanıb.

“Təcili yardım maşınları insanları xəstəxanalara aparır. Hadisə yerində bütün lazımi qəza-xilasetmə qüvvələri işləyir. Ev yanır, çökmə təhlükəsi var”, – bunu V. Kliçko “Telegram” kanalında yazıb.

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05