Kolumbiyada polisin yoxlamaları zamanı partlayış törədildi: 4 polis yaralandı

Kolumbiyada partlayış nəticəsində ən azı 4 polis əməkdaşı yaralanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Tibu vilayətində baş verən partlayış baş verib.

Partlayış polislərin rayonda yoxlamalar keçirdiyi vaxtla üst-üstə düşüb. Yoxlamalar zamanı naməlum şəxslər partlayıcı qurğunu işə salıblar. Nəticədə 4 polis əməkdaşı xəsarət alıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət araşdırmaya başlayıb.