Komitə Rusiyanın təxribatı ilə bağlı məlumat yaydı

media-hightechnic-468x90

Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalında “Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib” başlıqlı yazı dərc olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən Yenicag.az-a bildirilib ki, yazı Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

Saxta teleqram kanalının belə məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır.

“Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə həssas məqamda diqqətli olmağı xahiş edirik”, – komitədən bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600