Kredit təşkilatına basqın edən şəxslər tutulub – Fotolar

Lənkəran polisinin apardığı əməliyyyat tədbirləri nəticəsində, ötən gün şəhər ərazisində fəaliyyət göstərən Bank olmayan Kredit Təşkilatının ofisindən seyf oğurlayan dəstənin üzvləri saxlanılıb.

Yenicag.az-a daxil olan məlumata görə, oğrulardan biri elə təşkilatın öz işçısıdır. Lənkəranda Bank Olmayan kredit təşkilatının əməkdaşı Ruslan Əzimov çalışdığı ofisi qarət etmək fikrinə düşüb. 2017-ci il Yanvarın 24-ü gecə saatlarında o, tanışı Əvəz Əkbərovla birlikdə ofisdəki seyfi oğurlayıb. Əvəz Əkbərov seyfi açmaq üçün usta tanışı Ruslan Kərimovun yanına aparıb. Ruslan Kərimovun dediyinə görə, Əvəz ona seyfin özünə aid olduğunu, sadəcə açarı itirdiyini bildirib. Seyfin oğurluq olduğunu isə Ruslan sonradan öyrənib. Seyf açıldıqdan sonra Əvəz Əkbərov oradakı pulu və qızılları götürsə də Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Oğurlanan seyfin içərisindən vətəndaşlardan girov kimi götürülmüş külli miqdarda qızıl zinət əşyaları, təxminən 8 min manat, 4850 dollar pul, qurumun rəsmi sənədləri, möhürü olub.

Saxlanılan şəxslər oğurlanan pulu və qızıl zinyət əşyalarını polisə təhvil veriblər.

Yenicag.az