Bulvarda oğurluq edənlər tutuldu

media-hightechnic-468x90

Dənizkənarı Milli Parkda oğurluq edən 2 nəfər saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səbail rayonunda oğurluq hadisələri qeydə alınıb. Vətəndaşlardan birinin Dənizkənarı Milli Park ərazisindəki oturacağın üzərinə qoyduğu çantasından 190 manat pul, bank kartları və şəxsi sənədləri, digərinin isə ödəmə terminalında unutduğu bank kartı ələ keçirilərək hesabında olan maddi vəsait talanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə U.Əmiraslanova və R.Hüseynli qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıblar.

Rayon ərazisində keçirilən digər əməliyyatlar zamanı isə zərərçəkənin ticarət mərkəzlərindən birinin qarşısına park etdiyi velosipedini, digər vətəndaşın isə qapısı açıq qalmış avtomobilindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən B.Abdullayev və F.Süleymanov da müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə araşdırmalar aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa