Bakıda oğurluq edən şəxslər saxlanılıblar

media-hightechnic-468x90

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yenicag.az a verilən məlumata görə, rayonun Babək prospektində bir nəfərə məxsus 4680 manat dəyərində inşaat materialları oğurlanıb.

Bildilir ki, hadisə ilə bağlı zərərçəkən polisə məlumat verib. Nizami RPİ 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Vəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar.

Rayon ərazisində yerləşən avtomobil təmiri sexindən isə 1000 manatlıq avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən, həmin sexdə çalışan əvvəllər məhkum olunmuş P.Allahverdiyev də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa