La Liqada ən bahalı futbolçuların adı məlum oldu

media-hightechnic-468x90

Transfermarkt portalı futbolçuların bazar dəyərlərini yeniləyib.

Yenicag.az xəbər verir ki, yenilənmədən sonra “Real”ın hücumçusu Kilian Mbappenin qiyməti 20 milyon avro artaraq 200 milyon avroya yüksəlib.

Bununla da fransalı futbolçu “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal və “Mançester Siti”nin hücumçusu Erlinq Holandla eyni səviyyəyə çatıb. Hazırda bu üç futbolçu dünyanın ən bahalı oyunçuları hesab olunur.

La Liqada ən çox bahalaşan futbolçu isə “Real”ın yarımmüdafiəçisi Arda Güler olub. Türkiyəli oyunçunun dəyəri 30 milyon avro artaraq 90 milyon avroya yüksəlib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa