KURYOZ OLAY: Arvadını boşayıb qayınanası ilə evləndi
İngiltərənin Uorrinqton şəhərində yaşayan 65 yaşlı Kliv adlı şəxs keçmiş qayınanası ilə evlənib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, öz xanımından 1985-ci ildə boşanan keçmiş qayınana ilə evlənmək kimi bənzərsiz addımdan peşman olmadığını deyib:
“Çoxları elə düşünürdü ki, bu evlilik çox çəkməz, amma biz hər zamankından daha güclüyük”.
Keçmiş kürəkəninə əeə gedən 77 yaşlı Brenda da bu evlilikdən çox məmnundur:
“Kliv kübar insandır, mənə də çox yaxşı baxır. Mən mübahisəyə meyilli olsam da, o, məni sakitləşdirir”.
Çütlük hələ 1977-ci ildə evlənmək istədiklərini, amma o zaman qanunların buna imkan vermədiyini bildiriblər.