Livanda partlayış DƏHŞƏTİ – Ən xoşbəxt günləri qorxunc bitdi – VİDEO

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın ətrafdakı binalara təsirini əks etdirən daha bir video yayılıb.

Yenicag.az xəbər verir ki, videoda bir kilsədə toy etməyə hazırlaşan cütlüyün və qohumlarının partlayış anında yaşadıqları görüntülənib.

Görüntülər həm partlayışın şiddəti, həm də insanların narahatlığı aydın görünür.

Xatırladaq ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 154 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – ammonyak turşusu və digər maddələr partlayıb.