İran səfiri İsveç XİN-ə çağırılıb
İran səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenicag.az xəbər verir ki, bunu İsveçin XİN rəhbəri Maria Malmer Steneqard AFP-yə açıqlamasında deyib.
O bildirib ki, Xarici İşlər Nazirliyi İranda casusluq ittihamı ilə həbs olunan İsveç vətəndaşına ölüm hökmü çıxarılması ilə bağlı məlumatlar alıb.
“Lakin biz bu məlumatların doğruluğunu yoxlaya bilməmişik. Hazırda buna nail olmağa çalışırıq. İki gün əvvəl İran səfirini çağırmışıq və ölüm hökmünü kəskin şəkildə qınamışıq”, – nazir bəyan edib.
Qeyd edək ki, bundan əvvəl İran mətbuatı iyun ayında baş vermiş İran-İsrail müharibəsində İsrail üçün casusluq etmiş İsveç vətəndaşının həbs edildiyinə dair xəbər yayıb. Sözügedən şəxsin adı açıqlanmayıb.












