Türkiyədə narkotik əməliyyatları: "İstintaq hara qədər gedərsə, həbslər də ora qədər gedəcək"
“Türkiyədə narkomaniyaya qarşı mübarizəyə görə açılmış cinayət işinin istintaqı hansı sahəyə qədər gedərsə həbslər də ora qədər gedəcək.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında türkiyəli jurnalist Ali Kan bildirib.

Qardaş ölkənin media təmsilçisi son günlər Türkiyədə İstanbul Baş Prokurorluğunun apardığı narkotik maddə istifadəsi əməliyyatı haqqında öz fikirlərini bölüşüb:
Türkiyənin tanınmış şəxslərinin narkotik maddə istifadə etdiyinə görə həbsinə hansı prizmadan baxmaq daha faydalıdır? Dövlət üzdə tanınan şəxslər arasında narkotik maddə istifadə edənləri təmizləyir yoxsa bu sadəcə sıradan bir narkomaniyaya qarşı mübarizə əməliyyatlarıdır?
“Türkiyədə tanınmış şəxslərə qarşı keçirilən narkotik əməliyyatına sıradan narkotik əməliyyatı kimi baxmaq düzgün olmazdı. Ona görə ki, burda geniş istintaq əməliyyatlarından söhbət gedir. İddialar isə sadəcə narkotik qəbulu ilə yekunlaşmır, bəzi şəxslərin narkotik maddələrin satışı və faişəliyə təşvik etmək kimi ağır ittihamlarla üzləşdiyi mediada geniş yayıldı. Dövlət medianı təmizləyir kimi siyasi ad qoymazdım buna. Mənə görə hüququn və güvənliyin narkomaniyaya qarşı apardığı mübarizədir. İstintaqların nəticələrini isə dəlillər göstərəcək.”
Mehmet Akif Ersoyun ətrafında gedən proseslər sanki ikinci “Adnan Oktar” şəbəkəsini xatırlatdı. Bu barədə nə deyə bilərsiz?
“Mən hələ ki bu bənzətməni erkən və riskli hesab edirəm. Hər istintağın gedişatı fərqli formada cərəyan edir. Hazırda bizim bu barədə deyə biləcəklərimiz yalnız istintaq gedişində üzə çıxan faktlar və həbslərin gedişatıdır. Mehmet Akif Ersoy haqqında yayılan iddialarda narkotik maddə istifadəsi və cinsi əlaqələrdən maddi qazanc əldə etmək olduğu görünür. Özü isə bu iddiaları rədd edərək həbsinə siyasi ifadələrlə həbsini əlaqələndirib. Hazırda bu əməliyyat barəsində mediada yayılan məlumatlar xəbər etibarlılığı baxımından konkret görünmür. Görünən tək odur ki, İstanbul Baş Prokurorluğu bu əməliyyatı daha da geniş formada araşdırır.”
Bu narkotikə qarşı əməliyyatlar siyasətçilərə qədər uzana bilərmi gələcəkdə?
“Prinsip çox sadədir. Dəlil və faktlar hara qədər gedərsə istintaq da oraya qədər gedəcək. Hal-hazırda isə bu əməliyyatların siyasətçilərə qarşı uzanması barədə hər hansı bağlantı görünmür. Buna görə də belə məsələlərdə mən ehtiyatla danışıram. Hətta, belə bir iddialar mediada varsa belə siyasətçilərdən hansılarınsa bu əməlləri törətməsi barədə konkret dəlillər ortaya çıxmadan hansısa siyasətçinin bu cinayətlərdə ortaq olduğunu dilə gətirmək doğru olmaz.”
Nurlan Cəfəri












