Növbəti hərracda 50 nəqliyyat vasitəsi satıldı

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 50 nəqliyyat vasitəsi satılıb.

Yenicag.az xəbər verir ki, hərraclara çıxarılan əmlaklara ümumilikdə 78 sifariş qəbul edilib. Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 3 300 manat olan “Hyundai H-1” markalı mikroavtobus 10 533 manata, 9 700 manat olan “Hyundai County” markalı avtobus isə 16 000 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərrac dekabrın 23-də keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa