!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehin DİLƏ GƏLDİ: “Bizim evimizi yıxan da elə odur”

!Reklam – Yazi

“Üçgünlük, birhəftəlik o trend bütün Azərbaycan musiqisini məhv edib”.

Bu sözləri müğənni Mehin Hümbətova “Xəbərin var” verilişində deyib.

“Bizim evimizi yıxan da o trenddir. Üçgünlük birhəftəlik o trend bütün Azərbaycan musiqisini məhv edib. Hamı “TikTok”da, “YouTube”da trendə düşmək istəyir və bunun üçün çalışır. Musiqiyə baxırsan, deyirsən, burada nə baş verir, bu, Azərbaycan musiqisi deyil axı. Hamı trend üçün bir-biri ilə bəhsə girib. Hamı deyir ki, mən filankəsdən öndəyəm, mən trendə düşdüm”.

Sənətçi mahnılarının trendə düşmədiyini, buna heç cəhd də göstərmədiyini bildirib:

“Mahnım sevilsin, tanınsın, hamı tərəfindən qəbul olunsun, amma o sıraya, o trendə düşmək də istəmirəm. Bundansa, enerjimi başqa yerə sərf etmək istəyirəm”.

Nehru

www.yenicag.az

126
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv