Məhkum qadınların sahibkarlıq bacarıqları gücləndirilir - FOTO

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəzaçəkmiş Qadınlarının Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Cəzaçəkmə müəssisələrində kütləvi mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində sahibkarlıq təlimləri davam edir.

media-banner_tkm

Layihənin məqsədi həbsdən azad olunan qadınların cəmiyyətə reinteqrasiyasına dəstək göstərməkdir. Təlimlərdə sahibkar olmaq istəyən məhkum qadınlara biznes qurmaq və idarəetmə üzrə praktik biliklər təqdim olunur.
Sessiyada təlimçi Rəvan Cəfərli xərclərin idarə olunması, büdcəyə nəzarət, sərmayələrin etibarlılığının qiymətləndirilməsi, risklərin minimuma endirilməsi və investisiyaların uzunmüddətli gəlirliliyinin təmin edilməsi mövzularında iştirakçılarla təcrübə və strategiyalar bölüşüb.
Təlimlər iştirakçıların sahibkarlıq bacarıqlarını artırmaqla yanaşı, onların liderlik potensialını, özünəinamını və sosial dəstək şəbəkəsini gücləndirir. Layihə, həssas qrupların sosial-iqtisadi inkişafına mühüm töhfə kimi dəyərləndirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05