“Mən nə İsa Qəmbər, nə də …“
Sərdar Cəlaloğlu: “Belə görüşlər də heç bir yeni fikir və ideyalar olmur”
“Mən nə İsa Qəmbər, nə də Əli Kərimli ilə görüşmüşəm. Heç görüşmək üçün təşəbbüs də göstərmirəm. Açığını deyim ki, bu görüşlərin heç bir mənası yoxdur”.
Bunu ADP sədri Sərdar Cəlaloğlu bildirib.
O, həmçinin deyib ki, belə görüşlərdə hər zaman özünü təhqir olunmuş hesab edir: “Açığını deyim, bir var insan kiminlə görüşsün, müzakirə aparsın, ideya və fikirlərdə dəyişiklik olsun. Amma bu görüşlərdə heç bir yeni fikir yoxdur, üstəlik ictimai maraqlar baxımından heç nəyə nail olunmur”(teleqraf.com).