Metroda gedişhaqqı artırılacaq? - AÇIQLAMA

media-hightechnic-468x90

“Gedişhaqqı ilə bağlı məsələ daim müzakirə olunur, amma hazırda bu barədə rəsmi məlumat yoxdur”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə fərqli yanaşmalar var: “Məsələn, aylıq, bir səfərlik kartlar. Həmçinin, tələbələrə və sosial həssas qrupa daxil olan insanlar üçün fərqli yanaşmalar tətbiq olunur. Bir çox ölkələrdə məsafədən asılı olaraq ödənişlər mümkündür. Bunlar daim bizim gündəmimizdədir, müzakirələr olunur. Hələlik yekun qərar yoxdur”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə ictimai nəqliyyatda gedişhaqqının 1 manat olacağı barədə xəbərlər yayılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05