Misli Premyer Liqasının beş klubu cərimələndi

media-hightechnic-468x90

Misli Premyer Liqasında çıxış edən beş klub cərimələnib.

Yenicag.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

XI turun “Qəbələ” – “Sumqayıt” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” klubu 700 manat cərimə edilib. Eyni zamanda “Zirə” də “Turan Tovuz”la matçda 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 700 manat cərimə olunub.

“Turan Tovuz”un futbolçusu Roberto Olabe 61-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə növbəti matçda meydana çıxmayacaq. Həmçinin Tovuz klubu 500 manat cərimələnib.

“Kəpəz” – “Sabah” matçında meydan sahibləri 5, qonaqlar isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05