Müəllimlərin işsizlik problemi yaranacaq: Universitetlərdə rus bölməsi DAYANDIRILIR?

media-hightechnic-468x90

 

“Son günlər də azərbaycanlılara qarşı baş verən neqativ hallar müəyyən məsələlərdə qərar vermək vaxtının çatdığını deməyə əsas verir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi 2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı barədə sosial şəbəkə hesabında yayılan xəbərləri şərh edərkən deyib.

Ekspert bildirdi ki, son dövrdə azərbaycanlılara qarşı baş verən neqativ hallar və Rusiya ilə gərginliklər təhsil sahəsində müəyyən qərarların vaxtının çatdığını göstərir:

“Rusiya səmasında təyyarəmizin vurulması və digər hadisələr Azərbaycanın üzləşdiyi mövqeyi açıq şəkildə göstərdi. Düşünürəm ki, rus bölmələrinin bağlanması vacibdir. Azərbaycan vətəndaşı olan hər kəs Azərbaycan dilində təhsil almalı və bu dilə hörmət etməlidir”.

Elçin Əfəndi əlavə etdi ki, rus bölmələrinin bağlanması ilə müəllimlər arasında işsizlik problemi yarana bilər:


“Bununla bağlı təhsil verənlərin ixtisasartırma və ya ixtisasdəyişmə yolu ilə Azərbaycan bölmələrinə transfer olunması mümkündür. Bu həm orta ixtisas, həm də ali təhsil müəssisələri üçün nəzərdə tutulur”.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600