Mandatlı seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb.
Yenicag.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib.
O bildirib ki, seçkilərin təyin olunması ilə bağlı Prezidentin rəsmi sərəncamı dərc olunduqdan sonra namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması haqqında qərarın qəbul edilməsi üçün sənədlər müvafiq dairə seçki komissiyalarına təqdim edilir:
“DSK-lar isə həmin sənədlərə 5 gün müddətində baxaraq, müvafiq qərarlar qəbul edirlər”, – deyə o əlavə edib.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
www.yenicag.az