Nazir Keşlədəki məktəbdə baş verən hadisədən SÖZ AÇDI – “Onun belə bir səlahiyyəti var”
“Bir adamın fəaliyyətinin qanunsuz olması üçün qərar olmalıdır”.
Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
O, bildirib ki, media bu məsələlərə həssas yanaşmalıdır:
“Mənim heç bir niyyətin hansısa direktoru qorumaq deyil. 3 ay bundan qabaq məzuniyyət dövrü olub. Qanunvericiliyə görə məzuniyyət dövründə kiməsə hansısa inzibati cəza tədbiri verilmir. O ki qaldı 3 müəllimin işdən çıxarılmasına, biz müəllimlərimizin yanındayıq. Biz düşünmürük ki, hansısa direktor müəllimi işdən çıxarsın. Amma onun belə bir səlahiyyəti var ki, müəllimi işdən çıxarsın. İddiaları bilirik və iddia araşdırıldıqdan sonra qərar veriləcək. Bu 201 nömrəli məktəbin problemidir və biz bunu həll edəcəyik. Biz şou-biznes deyilik, təhsilik. Ona görə də işini görən, uşaqları sevən hər bir müəllimin yanındayıq”.
Rafi Müslümov