Pezeşkian Ərdəbildə Azərbaycanı xatırlatdı

media-hightechnic-468x90

“Ölkənin mövcud problemləri daxili imkanlar hesabına həll oluna bilər”. 

Yenicag.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Ərdəbil vilayətində investorlar və iş adamları ilə görüşü zamanı deyib.

“Problemlərimizi özümüz həll edə bilərik. Nefti və qazı olmayan ölkələr belə yaşayır və onları almağa məcburdur. Biz də öz gücümüzə arxalanmalıyıq. Əgər nefti sata bilmiriksə, bu, o demək deyil ki, biz öz ayaqlarımız üzərində dayana bilmərik. Bizim hasilat və sənaye sahəsində yaradıcı yanaşmalarımız var”, – Pezeşkian bildirib.

O, Ərdəbil vilayətinin coğrafi mövqeyinə də diqqət çəkib: “Vilayətinizə başqa tərəfdən baxın. Siz Azərbaycanla həmsərhədsiniz, Ermənistanla yaxınsınız və dəniz yolları ilə başqa ölkələrlə əlaqə saxlamaq imkanlarınız var”./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa