Bir sıra şəxslərə dərman vasitəsi kimi psixotrop maddələr pulsuz veriləcək

media-hightechnic-468x90

Çernobıl AES-də qəza nəticəsində zərər çəkmiş vətəndaşların dərman preparatları ilə təmin olunması qaydasına dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıda ambulator müalicəsi Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının sırasına dərman vasitəsi kimi tibdə istifadə edilən psixotrop maddələr də əlavə edilib.

Həmçinin, bu qayda Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər və şəhid ailələrinə də şamil edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa