“Sülh sazişi imzalanmadıqca, diversiyalar, təxribatlar olacaq” – İrəvandan gələn mesajın PƏRDƏARXASI

media-hightechnic-468x90

“Sülh sazişi imzalanmadıqca, diversiyalar, təxribatlar olacaq”.

Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “sülh müqaviləsi imzalansa da, sülh bərqərar olmaya bilər” açıqlmasını verməsi, regionda yenidən risklərin olma ehtimalını Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

media-zelimxanmemmedli1

O, bildirib ki, regionda risklər hələ də mövcuddur:

“Son 30 ildən yuxarı bir dönəmdə ən uğurlu il bu il olub. Sülhə aparan yolda ilk addım atılıb. Sülhlə bağlı niyyət göstərildi, protokol təsdiqləndi. Bu bölgədə sülhə əngəl olan, millətləri, dinləri bir-birinə düşmən edən məkrli qonşular, iki şər qüvvə var. Bunlardan biri İrandır, biri də Rusiya. Hər ikisinin də qüvvələri var. Rusiyanın isə Ermənistanın içərisində hərbi bazası, sərhəd qoşunları, siyasi partiyaları, açıq şəkildə fəaliyyət göstərən media orqanları, parlamentə nümayəndələri var. Rusiyanın Ermənistanın daxili siyasətinə təsir edəcək imkanları çoxdur. Azərbaycanda isə qapalıdır. Azərbaycanda “beşinci kolon”u nə qədər tənqid etsək də, onlar durur. Ermənistanda Azərbaycana nisbətən vəziyyət daha çətindir, çünki orada strukturlar var”.

“Rusiyanın Azərbaycana qarşı əks-təbliğatın, təhdidlərin kökündə Azərbaycanı öz təsir dairəsinə salmaq durur. Azərbaycanda “beşinci kolon” susqundur, bəzən dinirlər, bəzən məsələni başqa səmtə yönəldən, bölücü xətt tuturlar. Ən optimal yol sazişi imzalamaq lazımdır. Sülh sazişi imzalanmadıqca, diversiyalar, təxribatlar olacaq. Ermənistanın xaric iişlər nazirinin verdiyi bəyanat da reallığı əks etdirir. Çünki sülhü pozmaq istəyən qüvvələr iş başındadır”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa