Ekoloq qəti DANIŞDI: “Azərbaycan süni yağış üçün təcrübə poliqonuna çevrilməməlidir”

media-hightechnic-468x90

“Süni yağış yağdırılması testləri effekt vermir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ekoloq Rövşən Abbasov bildirib.

rovsenababsov1

Ekoloq Azərbaycanda süni yağışlar yağdırılması mexanizmini və bunun mümkün nəticələrini şərh edib.

Onun sözlərinə görə, süni yağış yağdırılması texnologiyaları ötən əsrin 30-cu illərində inkişaf etdirilməyə başlayıb:

“Bu yeni bir şey deyil. Lakin bu göründüyü kimi, bu günə qədər özünün geniş tətbiqini tapa bilməyib. Bunun çox ciddi səbəbləri var. Süni yağış atmosferə gümüş kristallarının səpilməsi vasitəsilə baş verir və bu kristalları mütləq ya raket, ya da təyyarə vasitəsilə səpmək lazımdır ki, bu da çox məsrəflidir. Argentium-geoit çox bahalı bir duzdur və onun raket və ya təyyarə ilə səpilməsinin də xərci çoxdur”.

R. Abbasov qeyd edib ki, bu testlər heç vaxt uğurlu alınmır və xərci çoxdur:

“Bəzən isə gözlənilən nəticəni vermir. Əvvəla bu, ekoloji baxımdan da risklidir. Atmosfer çirklənir, torpaq çirklənə bilir. Digər tərəfdən isə yağış bir yerə yağdırılmaq istənilir, külək aparıb tamamilə başqa bir yerə yağdırır. Geniş tətbiqini tapmayan texnologiyadır. Açığı mən bir mütəxəssis kimi, bunun Azərbaycanda yenidən test olunmasının qəti əleyhinəyəm. Bunun əvəzinə çox istərdim ki, biz su strategiyasında qeyd olunduğu kimi, kənd təsərrüfatında, içməli su təchizatı sektorunda su itkilərini azaldaq, su mənbələrindən götürülən suyun daha effektiv idarə olunmasına nail olaq, nəinki yeni bu formada su mənbələrini axtaraq…”

“Ona görə də mən belə testləndirilən ideyaların Azərbaycanda təcrübədən keçirilməsi, Azərbaycanın bir təcrübə poliqonuna çevrilməsinin əleyhinəyəm. Çünki bu işə çox böyük vəsaitlər gedir. Mən istərdim ki, bizim su menecerləri bu barədə məlumatlı olsunlar. Məsələn, BƏƏ, Səudiyyə Ərəbistanı, İsraildə bu texnologiya genişləndirilməsi üçün çox cəhdlər edilib amma nəticələr heç də uğurlu deyil”, – deyə o, fikirlərini tamamlayıb.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa