Nazir Kiprə gedir
23 may 2014-cü il tarixdə Kipr Respublikasının Nikosiya şəhərində Avropa Olimpiya Komitəsinin 35-ci Seminarı keçiriləcək.
İclasda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təmsil edəcək. Avropa Olimpiya Komitəsinin Prezidentinin sədrliyi ilə hər il keçirilən bu tədbirdə qurumun Icraiyyə Komitəsinin üzvləri, 49 ölkənin Milli Olimpiya Komitələrinin Prezidentləri, Baş katibləri, nümayəndə heyətlərinin rəhbərləri (Şef de Missionlar) və digər nümayəndələr iştirak edir.
Qeyd edək ki, tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları barədə hesabat veriləcək və hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.