66 yaşlı kişi özünü asdı

Neftçala sakini özünü asaraq intihar edib. 

İntihar etmiş şəxs rayonun Xıllı kənd sakini 1952-ci il təvəllüdlü Zülfəliyev Ələkbər Saleh oğludur. Onun asılmış meyiti evin həyətindəki yardımçı tikilidə yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıb.(APA)