Netanyahu liderliyi əldən vermək istəmir
İsraildə ümumi seçkilər böyük bir sürpriz ilə tamamlanıb.
Yenicag.az azadinform-a istinadən xəbər verir ki, nəticəyə görə, Baş nazir Benyamin Netanyahunun lideri olduğu sağ Likud Partiyası seçkilərin birincisidir. Likud 120 kürsülü Knessetdə 30 kreslo qazanıb. Anketlərdə qabaqda görünən mərkəz sol Sionist Birliyin səs faizi isə yüzdə 18,73 faizdə qalıb. Bildirilib ki, Sionist Birlik Knessetdə 24 kreslo əldə edib.
Qeyd edək ki, Obama rəhbərliyi İran ilə nüvə müzakirələrin bitməsini müdafiə edən və Fələstin problemində iki dövlətli həllə qarşı çıxan Netanyahunu istəmirdi. Seçkini qiymətləndirən ABŞ Xarici işlər nazirliyinin Spikeri Jen Psaki “Netanyahunun iqtidarı dövründə Fələstin dövləti deyə bir şey olmayacaq” fikrini xatırladaraq, “ancaq xalq arasındakı sülh və sabitlik iki dövləti həllə gətirə bilər” deyib.