Növbəti ilə daşınan MÜHARİBƏ: "Texniki razılaşmaların gündəmə gəlməsi daha realdır"

media-hightechnic-468x90

“2026-cı ildə Rusiya-Ukrayna cəbhəsində tammiqyaslı sülh gözlənilmir”.

Bunu gələn il üçün Rusiya-Ukrayna müharibəsinin mümkün gedişatı barədə danışan politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında deyib..

media-zuriye-qarayevajpg-1750829435

Z. Qarayeva qeyd edib ki, 2026-cı ilə doğru Ukrayna–Rusiya müharibəsi ilə bağlı əsas gözlənti hərbi eskalasiyadan çox siyasi və diplomatik manevrlərin artmasıdır:

“Müharibənin uzunmüddətli xarakter alması tərəflərin resurslarını ciddi şəkildə zəiflədib və bu, xüsusilə Rusiya üçün iqtisadi və sosial təzyiqləri artırıb. Eyni zamanda, Qərb ölkələri də Ukraynaya dəstəyin formatını tədricən yenidən nəzərdən keçirməyə başlayıb. Bu dəstək artıq yalnız hərbi yardım deyil, həm də mümkün danışıqlar üçün zəmin yaratmaq məqsədi daşıyır. 2026-cı ildə cəbhədə kəskin dönüşdən çox, mövqelərin qorunması və diplomatik təşəbbüslərin paralel şəkildə irəliləməsi ehtimalı daha yüksək görünür. Bu mərhələdə əsas diqqət münaqişənin “dondurulması” və ya mərhələli şəkildə idarə olunan gərginliyə keçid ssenarilərinə yönəlir”.

Politoloq növbəti ildə cəbhədə uzunmüddətli sülh əldə edilməsi ehtimalının az olduğunu qeyd edib:

“Sülh planının 2026-cı ilin əvvəlində rəsmi şəkildə həyata keçirilməsi isə real, lakin mürəkkəb ehtimal olaraq qalır. Belə bir planın işlək olması üçün tərəflərin minimal etimad mühiti formalaşdırması və beynəlxalq vasitəçilərin, xüsusən ABŞ, Aİ və Türkiyənin aktiv rolu zəruridir. Bununla yanaşı, Rusiya üçün təhlükəsizlik zəmanətləri, Ukrayna üçün isə ərazi bütövlüyü məsələsi hələ də əsas ziddiyyət nöqtəsidir. Bu səbəbdən ilin əvvəlində tammiqyaslı sülh sazişindən çox, atəşkəsə yaxın texniki razılaşmaların gündəmə gəlməsi daha real görünür. Belə bir mərhələ isə uzunmüddətli siyasi həll üçün yalnız ilkin zəmin rolunu oynaya bilər”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa