!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Novruzdakı əfv fərmanı kimlərə ŞAMİL OLUNACAQ? – “Hətta ömürlükdə olan...”

!Reklam – Yazi

“Bizim siyahımızda 20 ildən yuxarı cəza çəkən ömürlük məhbuslar da var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novruz bayramı ərəfəsində imzalanması gözlənilən əfv sərəncamı haqqında danışıb:

“Biz öz siyahımızı təqdim etmişik: orada jurnalistlər , bloqerlər, siyasi partiyanın fəalları, inanclı adamlar , hansılarının ki, az zamanı qalıb, hətta ömürlükdə olan “Omonçu” məhbuslar və s. var. Biz bir təşəbbüsdə göstərdik ki, ömürlükdə olan və 20 ildən artıq həbsdə oturanlara bir qanun çıxardılsın, cəmiyyətə təhlükəli olmayan insanlar əfv edilsin. Əfv fərmanı vacibdir, çünki biz istəyərdik ki, amnistiyada olsun. Azərbaycanı qorumaq üçün hamımız bir yerdə olmalıyıq, hər bir gözəl təşəbbüs bizləri birləşdirir. İmkan verməyək ki, kənardan bizə söz gəlsin. Bu bayram günləri hər bir evdə bayram olsun. Həbs olunanların uşaqları, xanımları, anaları sevinclə bu bayramı keçirsinlər”.

Yenicag.az

www.yenicag.az

75
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv