Oğlunu sağ görən ata göz yaşlarını saxlaya bilmədi - VİDEO

media-hightechnic-468x90

Türkiyənin İsparta şəhərinin Eyirdir rayonunda oğlunun göldə boğulduğunu zənn edən ata daha sonra onu sağ görəndə göz yaşlarını saxlaya bilməyib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, sərinləmək üçün Eyirdir gölünə girən 14 yaşlı Yusuf Yiyit Özeni görə bilməyən ata Murad Özen oğlunu axtarmağa başlayıb. Oğlunun suda boğulduğunu düşünən Özen “112 Təcili Zəng Mərkəzi”ndən kömək istəyib.

Çağırış zəngindən sonra təcili yardım, polis və xilasetmə qüvvələri sözügedən əraziyə cəlb olunub.

Xilasedicilər axtarışa başlayarkən, Özenin oğlu piyada yolla sahilə gəlib.

Oğlunun sağ olduğunu görən ata göz yaşlarına qərq olub.

Məlum olub ki, Yusuf Yiğit Özen bir müddət göldə çimdikdən sonra atasına xəbər vermədən şəhər mərkəzinə gedib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600