Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ağır olaraq qalır.
Yenicag.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Tural Gülalıyev “Facebook” səhifəsində məlumat verib.
O bildirib ki, Oqtay Gülalıyev koma vəziyyətindədir: “Atanın durumu hələ də ağırdır. Suni nəfəs aparatından çıxarılmasına baxmayaraq koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair soz deməyiblər. Daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəlləyiş yoxdur”, – o, qeyd edib.
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Bir neçə gün əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılıb. Hazırda hüquq müdafiəçisinin müalicəsi İstanbul şəhərindəki klinikalardan birində aparılır.