Pakistan İsraili nüvə müharibəsi ilə HƏDƏLƏDİ
Pakistanın İsraili nüvə silahı ilə hədələdiyi barədə məlumat yayılıb.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu Britaniya nəşri “Daily Mail” məlumat yayıb.
Xəbərə görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Möhsün Rezai verdiyi açıqlamada İsrailin İrana qarşı nüvə silahından istifadə etməsi halında regionun nüvə qarşıdurmasına sürüklənəcəyini bildirib. O, qeyd edib ki, belə bir halda Pakistan da İsrailə eyni şəkildə cavab verə bilər.
General Rezai vurğulayıb ki, mümkün hücumlara qarşı İslam dünyasının birliyi vacibdir və müsəlman ölkələri İranın yanında olaraq İsrailin nüvə ambisiyalarına qarşı birgə mövqe sərgiləməlidirlər.
Qeyd edək ki, həm Pakistan, həm də İsrail dünyada nüvə silahına sahib olan doqquz ölkədən biridir. Ekspertlərin fikrincə, belə bir qarşıdurma Yaxın Şərqdə və daha geniş mənada dünyada ciddi geosiyasi və humanitar fəlakətlərə yol aça bilər.
Göycə Göycəyev