Partiya sədri İsveçrədən 300 milyon avro tələb edir

media-hightechnic-468x90

390be2a8941d50466654a13298b14fc110 ildən çoxdur Fransada mühacirət həyatı yaşayan Türkiyəli iş adamı, keçmiş partiya sədri Cem Uzan İsveçrə dövlətini məhkəməyə verib.

Yenicag.az lent.az-a istinadən məlumatına görə, Cem Uzan İsveçrə banklarında olan varidatının icazəsi olmadan Türkiyəyə verilməsinə görə bu dövlətdən 300 milyon avro təzminat tələb edir. C. Uzan ailəsinin qızıl-zinyət əşyalarının və başqa mülklərinə həbs qoyularaq Türkiyəyə verilməsində İsveçrəni günahlandırır. İş adamı bunu hüquqa zidd hesab edir.

Qeyd edək ki, Cem Uzan fəaliyyətinin dayandırmış Gənc Partiyanın sədridir. O, 2002-ci ildə Türkiyədə parlament seçkilərinə qatılmış, qısa müddətli kampaniyadan sonra 7 faizə yaxın səs toplamışdı. Seçkilərdən sonra isə Türkiyənin vergi orqanları onun fəaliyyətini araşdırmağa başlamış, nəticədə bu ölkədəki bütün varidatına əl qoyulmuşdu. İş adamı özü isə Fransadan siyasi sığınacaq almışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600