Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi yeni qaydada müəyyənləşəcək

media-hightechnic-468x90

Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinin yeni qaydaları müəyyənləşdirilir.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi, o cümlədən həmin məqsədlə ilkin və təkrar müayinə edilməsi qaydası qanunvericiliklə müəyyən olunur.

Təklif edilən dəyişikliyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyən olunacaq./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa