PKK rəhbərlərinin başına 4 milyon mükafat qoyuldu

media-hightechnic-468x90

PKK_rehberler40 ildən bu yana terrorla mübarizə edən Türkiyə yeni bir dövr başladır.

Terrorla mübarizədə təhlükəsizlik qüvvələrinə məlumat və dəstək verənlər mükafatlandırılacaq. Bu məqsədlə PKK-nın üst səviyyə rəhbərliyində təmsil olunanlar üçün 4 milyon lirə mükafat qoyulub.

Ankara bu müddətdə gələcək olan məlumatın ölçüsünə və əhəmiyyətinə görə bir dəyərləndirmə sistemi üzərində işləyib. Bu sistemə görə mükafat miqdarları 200 min ilə 4 milyon lirə arasında dəyişəcək. Mükafatda ən üst məbləğ olan 4 milyon lirə, təşkilatın üst səviyyəli idarəçilərinin yerinin Türkiyə ilə bölüşülməsi halında ödənəcək.

Terror təşkilatı PKK-nın mərkəzi komitəsində yer alan və təşkilat içində üst səviyyə rəhbərlikdə təmsil olunan Murat Karayılan, Cemil Bayık, Besi Hozat, Mustafa Karasu, Bahoz Erdal kimi 36 adam üçün 4 milyon lirə mükafat qoyulub(modern).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600