!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisə silah çəkən FHN generalının şok keçmişi açıqlandı

!Reklam – Yazi

fhnAprelin 30-dan mayın 1-nə keçən gecə Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

Yenicag.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, FHN generalı bərk sərxoş vəziyyətdə Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin zabitinə tapança çəkib. Məlumatı Binəqədi rayon Polis İdarəsindən veriblər.

Bildirilir ki, insident barədə DİN-in “102” xidmətinə Füzuli rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin sahə müvəkkili Rafael Xudiyev (1982-ci ildə anadan olub) məlumat verib. Polis bildirib ki, Bakının 6-cı mikrorayon ərazisində “Lexus” avtomobilinin sürücüsü (dövlət nömrə nişanı 90 SH 900) ona tapança çəkib.

İlkin təhqiqat zamanı müəyyən olunub ki, gecə saat 02.00 radələrində S.Məmmədov küçəsində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin 31 yaşlı zabiti Famil Quliyevlə FHN-in xidmət rəisi, 39 yaşlı general-mayor Ramil Cəfərov arasında münaqişə yaranıb. Quliyev “Mercedes” markalı avtomobilin, Cəfərov isə “Lexus”un sükanı arxasında olub.

Münaqişənin səbəbi sürücülərin bir-birlərinə yol verməməsi olub. Bu zəmində generalla zabit arasında mübahisə yaranıb.

Bildirilir ki, general Cəfərov F.Quliyevi təhqir edərək hadisə yerindən uzaqlaşıb. Bu zaman F.Quliyevin arxasınca “Opel” markalı avtomobili ilə hərəkət edən tanışı-sahə müvəkkili Rafael Xudiyev generalın avtomobilinin arxasınca düşüb, onu ötüb və qarşısını kəsib.

Bundan bərk qəzəblənən general maşından çıxaraq “Jeriko” markalı tabel silahını çıxarıb və polisə tərəf tuşlayıb. Lakin polis generala yumruq zərbəsi endirib və onun silahını əlindən alıb.

Daha sonra hadisə yerinə Binəqədi polisinin əməkdaşları gəlib.

Tərəflər polisdə izahat yazdıqdan sonra sərbəst buraxılıblar. İş üzrə materiallar Binəqədi prokurorluğuna verilib.

***

General-mayor Ramil Cəfərovun kimliyi araşdırılarkən maraqlı məqamları üzə çıxarıb. Bildirək ki, FHN-in yüksək çinli zabiti heç də kiçik şəxsin oğlu deyil. Onun atası Nazim Cəfərov hal hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində məsul vəzifələrdən birini tutur.

Belə ki, Nazim Cəfərov Azərbaycan Politexnik Universitetini bitirib və elektrik rabitə mühəndisi ixtisasına yiyələnib. 1970-ci ildən əmək fəaliyyətinə başlayan generalın atası, daha sonra RYTN-də məsul vəzifələrdə çalışıb. Məsələn o, 1993 – 1994-cü illərdə Rabitə Nazirliyi, Elektrik rabitəsi idarəsinin rəisi, 1994 -1995-ci illərdə Rabitə Nazirliyi, Elektrik rabitəsi şöbəsinin rəisi, 1995 – 1997-ci illərdə Telekommunikasiya və radioteleviziya yayımı şöbəsinin rəisi, 1997 – 2001-ci illərdə nazirliyin Telekommunikasiya idarəsinin rəisi olub.

Nazim Cəfərovun 2001-20014-cü illərdə «Aztelekom» İstehsalat Birliyinin direktoru olduğu da müəyyən edilib. Məlum olub ki, bundan sonra o, 2011-ci ilə kimi nazirliyin Bakı şəhəri üzrə səlahiyyətli nümayəndəsi olub. 2001-ci ildən isə o, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsi və Telekommunikasiya sektorunun müdiri olaraq çalışır.

Maraqlı məqamlardan biri budur ki, sözügedən şəxs nazirlikdə olduqca mühüm postlardan birinin başında dayanır. Onun təmsil etdiyi sahə əsasən dövlət məmurlarının rabitə əlaqələrinin tənzimlənməsi və yaxşı şəkildə təmin olunmasından ibarətdir.  Əsasən 3 və ya 4 rəqəmli telefonların idarəetməsi də bu şəxsdədir. Kifayət qədər ciddi və məxfi bir qurumun başında duran Nazim Cəfərovun MTN-in keçmiş rəhbərliyinin maraq dairəsinə düşməsi imkansızdır.

Ona görə ki, Eldar Mahmudov və adamları əsasən dövlət məmurlarını dinləməklə də məşğul olublar. Və bu zaman RYTN-də çalışan bir çoxları ilə əlaqələr qurublar. Vidadi Zeynalov və onun kimi digər şəxslərin də bu səbəbdən həbsə atıldığı kimsəyə sirr deyil.

Belə olan təqdirdə, generalın atasının son olaylardan kənarda qalması kifayət qədər müəmmalıdır.

JAM.AZ xəbər verir ki, Ramil Cəfərovun atasının MTN-in nəzarəti altında olması və onlara yardım etdiyini sübut edəcək tutarlı dəlillər olmasa da, onun bu işlərə bulaşmadığı qəti inandırıcı görünmür.

Ramil Cəfərovun necə general rütbəsi alması isə kifayət qədər müəmmalıdır. 38 yaşında birinin hansı xüsusi üstünlük və ya istedadına görə, o cümlədən bacarıq və xidmətinə görə ali rütbə alması yetərli qədər təəccüblüdür. Görünür, onun general olmasının səbəbkarı da elə atası Nazim Cəfərov olub. Çünki uzunmüddət vəzifə başında olan ata Cəfərovun hökumət nümayəndələri ilə də sıx təmaslarının olduğu inkar edilə bilməz. Ən azından onların telefon əlaqələrini quran əsas fiqur o olub. Belə olan halda, Nazim Cəfərovun məmurlarla yaxınlığı, yekunda oğlunun general rütbəsi almasına gətirib çıxarıb.

Lakin rütbə almaq hər nə qədər asan olsa da, onun məsuliyyətini dərk etmək çox çətindir. İndiyə qədər çox generallar məsuliyyət dərk etmədiklərindən bu gün həbsdədir. Məsələn, Akif Çovdarov, Sübahir Qurbanov və ya Elçin Quliyev MTN-də işlədikləri dönəmdə elə zənn edirdilər ki, onlar «məğlubedilməz»dirlər. Amma törətdikləri ağır cinayət əməllərindən dolayı bu gün həbsdədirlər. Ramil Cəfərov da daşıdığı rütbənin məsuliyyətini dərk etmir. O, general olduqdan sonra yəqin zənn edib ki, istədiyi şəxsə silah çəkə bilər. Amma FHN-in məsul şəxsi unudub ki, general olmaq ona xüsusi imtiyazların tanınması deyil. Habelə qarşısına kimin çıxmasından asılı olmyaraq, ona silah çəkmək heç deyil. General olmaq məsuliyyət, bacarıq, peşəkarlıq, mədəniyyət və səbirli olmaq deməkdir.

FHN-in devizlərindən biri «Bizimlə həyat təhlükəsizdir»dən ibarətdir. Ramil Cəfərov isə öz əməliylə göstərməyə çalışır ki, təmsil etdiyi nazirliyin özü və ya əməkdaşlarıyla birgə həyat təhlükəsiz yox, elə təhlükəlidir.

COP29

www.yenicag.az

3796
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv