Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə etdi
Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
Yenicag.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Zirə”ni qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə bitib – 1:1.
Meydan sahiblərinin heyətində 22-ci dəqiqədə Rəhim Sadıxov, qonaqlardan 63-cü dəqiqədə Davit Volkov fərqləniblər.
Tovuz klubu 56 xalla üçüncü, “Zirə” 46 xalla dördüncü pillədə qərarlaşıb.













