Prezident Saakaşvilinin əfv olunmayacağını dedi

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bu saatlarda keçirdiyi xüsusi brifinqdə bəyan edib.
Onun sözlərinə görə, M.Saakaşvili nə siyasi məhbusdur, nə də günahsızlıq qurbanı meyarlarının heç birinə cavab vermir. Onun Gürcüstana könüllü və qeyri-qanuni yolla gəldiyini qeyd edən Salome Zurabişvili deyib: “O ölkəyə sabitliyi pozmaq üçün gəlib. Amma onun bu gəlişi yüksək ictimai, siyasi maraq doğurur. Buna baxmayaraq onu siyasi məhbus hesab etmək olmaz. Amma onu xüsusi məhbus hesab etmək olar. Bununla da, hökumətdən xüsusi diqqət tələb olunur. Hökumət də bununla bağlı lazımi tədbirlər görür”.

“Sağlamlığının pisləşməsinin siyasi spekulyasiya və ya sabitliyin pozulması üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün tədbirlər həyata keçirilir. Bunun üçün maksimum şəffaflıq və hər hansı ağırlaşma əlamətlərinə vaxtında reaksiya tələb olunur. Mən bu məsələyə qayıtmayacağam”, – deyə Gürcüstan Prezidenti vurğulayıb.

Рейтинг@Mail.ru Яндекс.Метрика