Bakıda güclü külək binanın damını uçurdu - VİDEO
Güclü külək paytaxtın Xətai rayonu, Gəncə prospekti, 113 ünvanında fəsadlar törədib.
Külək nəticəsində sözügedən ərazidə yerləşən dördmərtəbəli binanın damı uçub.
Hadisə zamanı ərazidə park edilmiş beş avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda elektrik xətləri də qırılıb.
“Maşınımın sol tərəfi demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb. Damın arxa hissəsi buraya aşıb. Qabaq hissəsi isə hələ də yerində qalıb və hər an uçmaq təhlükəsi var. Binanın nə zaman və kim tərəfindən təmir ediləcəyi hələlik məlum deyil. Aidiyyəti qurumlara müraciət etmişik, lakin indiyədək polis əməkdaşlarından başqa hadisə yerinə gələn olmayıb”, – deyə sakinlərdən biri bildirib.










