Prezidentə əfv müraciəti etdilər

media-hightechnic-468x90

əəəəəəəəı125-lər siyasi klubunun təşəbbüsü ilə bir qrup ziyalı prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Ölkəmizdə baş verən müsbət hadisələr bizi sevindirdiyi kimi, xalqımız və dövlətçiliyimiz üçün yaranan neqativ hallar da bizi məyus edir. Son illər ictimai-siyasi hadisələr fonunda həbs olunmuş bir sıra insanlar var ki, onların azadlıqdan məhrum edilməsi və ya barələrində məhkəmə işinin aparılması Azərbaycan cəmiyyətini, o cümlədən, bizləri də ciddi narahat edir. Həmçinin ölkəmizin beynəlxalq aləmdə yerinə və imicinə təsir göstərməklə daha ciddi problemlərimizin həllinə maneçilik törədir.

Hörmətli cənab Prezident!

Bu müraciətimizlə səmimi niyyətimizi bəyan edərək, vətəndaş həmrəyliyi, dialoq və barış, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə, xahiş edirik ki, konstitusiyanın Sizə verdiyi səlahiyyətlərdən istifadə edib, həbsdə olan ictimai-siyasi fəalları azad edəsiniz.

Ölkəmizin, xalqımızın mənafeyinə xidmət edən bu təşəbbüsə dəstək verəcəyinizə inanırıq.

Hörmətlə,

Elçin Şıxlı

Arif Əliyev

Rauf Arifoğlu

İlqar İbrahimoğlu

Seyran Səxavət

Həmid Herisçi

Fazil Mustafa

İqbal Ağazadə

İlyas İsmayılov

Üzeyir Cəfərli

İlhamiyyə Rza

Etimad Əsədov

Aysel Əlizadə

Xalisə Şahverdi

Anar Qasımlı

Günel Səfərova

Ramin Hacılı

Tamilla Qulami(teleqraf.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600