Putin filmlərinə qadağa qoyulan rejissorla danışacağına söz verdi

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin rejissor Aleksandr Sokurovla onun işinə qoyulan məhdudiyyətlər, xüsusən də filmlərinin qadağan edilməsi barədə danışmağı təklif edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Putin bu vədi Sokurova Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının iclasında verib.

Görüş zamanı Putin və Sokurov bir-birini salamladıqdan sonra prezident rejissorla əlaqə saxlayıb əsərlərinin taleyini müzakirə edəcəyini deyib

“Sənə zəng edəcəyik, mən də zəng edəcəyəm və əsərlərinin hansı hissələrinin qadağan olunduğunu müzakirə edəcəyik. Qəribədir”, – deyə o bildirib.

Putin qeyd edib ki, Sokurov Prezident yanında İnsan Hüquqları Şurasının üzvüdür, ona görə də rejissora qarşı ayrı-seçkiliyə yol verilmir.

“Amma hər hansı bir məhdudiyyət varsa, onları görürsünüzsə, deyin, yaxşı? Zəng edib danışacağıq”, – deyə Putin söyləyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05