Putin seçkinin qarşısını necə alacaq?

media-hightechnic-468x90

lokiloRusiya mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisinin qarşısını almaq üçün hərbi təyyarələrlə bu ölkənin hava məkanını pozaraq müdaxiləyə başlayacaq.  

Bununla bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbə məlumat verib.  

Mənbənin sözlərinə görə, Rusiya Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin Müdafiə Sistemini yarmaq üçün “Təyyarələr paradı” adlı hava əməliyyatı hazırlayır.  

Plana görə, Ukrayna hərbçiləri ölkə ərazisinə soxulan təyyarələri vurmalıdırlar. Rus təyyarələri seçkiləri pozmaq üçün alçaqdan və yaşayış məskənlərinin üzərindən uçacaqlar.  

Rus təyyarələrinin Kiyevə qədər uçacaqları bildirilib. Təyyarələrin vurulmasından sonra Rusiya Ukrayna ərazisinə hücuma keçəcək. Və bəhanə edəcək ki, ilk atəşi Ukrayna ordusu açıb.  

Təxribat variantı da istisna olunmur. Rus hərbçiləri öz təyyarələrini də vura bilərlər. Təyyarələrin vurulmasından sonra hücum 3 istiqamətdə olacaq. İlk müdaxilə Luqansk istiqamətində olacaq. Digər iki istiqamət isə Belorus və Dnestryanı ərazisindən ehtimal olunur.  

Mənbənin sözlərinə görə, Rusiya seçkiləri pozmaqda israrlıdır. Ona Ukraynanın ərazisi lazım deyil. Ona Ukraynanın Avrointeqrasiyasının və NATO-ya qoşulmasının qarşısını almaq üçün öz istədiyi prezident lazımdır.  

Mənbə həmçinin bildirib ki, seçki günü Mərkəzi Seçki Komissiyasını tutmaq üçün Kiyevə havadan diversiya qrupu atılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600