Bakının mərkəzində, dayanma və durmanın qadağan olduğu ərazidə qanunsuz parklanma halları artıb. Bəzi sürücülər tərəfindən bu ərazilərdə avtomobillərin park edilməsi tıxaclara səbəb olmaqla yanaşı, təhlükəli vəziyyət üçün zəmin yaradır.
Qanunsuz parklanma edən sürücülərə qarşı cərimələr tətbiq edilsə də, istənilən nəticə əldə olunmur. Şəhər sakinləri, bu problemlə mübarizə üçün daha sərt tədbirlərin görülməsinin tərəfdarıdırlar.
Xatırladaq ki, bu kimi problem, xüsusilə nəqliyyat axınının çox olduğu Yasamal rayonunun Abbas Mirzə Şərifzadə 173 küçəsində daha qabarıq formada özünü büruzə verir.
Sözügedən vəziyyətin qarşısının necə alınmalı olduğu ilə bağlı Yenicag.az-a fikirlərini səsləndirən nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, özbaşınalıqlar olduqca parklanma məsələsini həll edə bilməyəcəyik.
Onun sözlərinə görə, qayda pozan yol hərəkəti iştirakçılarının tənbehi cərimə metodu ilə həyata keçirilir.
“Bu metod qismən də olsa təsirlidir. Lakin elə məsələlər var ki, müəyyən inzibati addımların atılmasına ehtiyac duyulur”, – deyə o bildirib.
Ətraflı tam olaraq videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az