“Qarabağ” – “Kopenhagen” matçına qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlandı

media-hightechnic-468x90

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) matçını izləmək istəyən qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti 200 Danimarka kronu (təxminən 53 manat) olacaq. Azarkeşlər vauçer alaraq onları matç zamanı biletə dəyişəcəklər.

Qeyd edək ki, “Qarabağ” Danimarka təmsilçisi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa