“Qarabağ“ “Qəbələ“ilə qarşı qarşıya gələcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun oyunlarına start veriləcək.
İlk oyun günündə iki qarşılaşmanın keçiriləcəyi nəzərdə tutulub.
“Sumqayıt” doğma meydanında Bakının “Neftçi” klubunu, Avropa Liqasının qrup mərhələsində oynayan “Qarabağ” isə Tofiq Bəhramov adına Respublika stadionunda Qəbələnin eyniadlı komandasını qəbul edəcək.
17 oktyabr (cümə)
16:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Rahil Ramazanov, Feyzulla Feyzullayev
Sumqayıt şəhər stadionu.
19:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev
Tofiq Bəhramov adına Respublika stadionu.